logo
logo logo
logo

“İranın nüvə silahına sahib olmasının qarşısını aldıq” - Tramp

11:51 - 22 Oktyabr 2026

“İranın nüvə silahına sahib olmasının qarşısını aldıq” - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə başlama səbəbinin Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Bu, gördüyüm ən yaxşı işlərdən biridir”, – deyə vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Cənubi Karolinada iştirak edəcəyi seçki mitinqinə yollanmaq üçün Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandırıb. Ondan “İranla müharibəyə başlamağınıza görə peşmansınızmı?” – deyə soruşulub.

Tramp suala belə cavab verib: “Xeyr. Düşünürəm ki, bu, gördüyümüz ən yaxşı işlərdən biridir. İranın nüvə silahına sahib olmasının qarşısını aldıq. Əvvəlki prezidentlər bu addımı atmayıblar. İranla müharibəyə başlamasaydıq, Tehran nüvə silahına sahib olacaq və ondan istifadə edəcəkdi”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az