logo
logo logo
logo

Kral III Çarlzın bu hərəkəti hər kəsi şoka saldı

12:04 - 22 Oktyabr 2026

Kral III Çarlzın bu hərəkəti hər kəsi şoka saldı

Böyük Britaniya kralı III Çarlz Vindzor qəsrində qəbul etdiyi Oman Sultanı Heysəm bin Tariqin şərəfinə təşkil olunan ziyafətdə Məhəmməd peyğəmbərin Oman xalqı haqqında söylədiyi hədisi ərəb dilində oxuyub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, kral çıxışında Hörmüz boğazının əhəmiyyətini və iqlim dəyişikliyi məsələsini də xüsusi vurğulayıb.

Böyük Britaniya kralı III Çarlz və Britaniya kral ailəsinin üzvləri London yaxınlığındakı Vindzor qəsrində Oman Sultanı Heysəm bin Tariqin şərəfinə təşkil olunan təntənəli şam yeməyində bir araya gəliblər. Böyük Britaniya ilə Oman arasındakı çoxəsrlik müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın önə çəkildiyi tədbirdə kral Çarlzın çıxışı və verdiyi mesajlar diqqət çəkib.

Omanının Körfəz bölgəsində nümayiş etdirdiyi konstruktiv neytrallıq siyasətinin böyük hörmətə layiq olduğunu bildirən III Çarlz çıxışı zamanı diqqətçəkən jestə də imza atıb.

Kral Məhəmməd peyğəmbərin ərəb qəbilələrindən birinin təhqirinə məruz qalan elçiyə söylədiyi bu hədisi ərəb dilində özü oxuyub:

“Əgər Oman xalqının yanına getsəydin, onlar səni nə təhqir edər, nə də döyərdilər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az