logo
logo logo
logo

Fransada mitinq qadağası - Təhlükəsizlik tədbirləri gücləndirilir

16:58 - 22 Oktyabr 2026

Fransada mitinq qadağası - Təhlükəsizlik tədbirləri gücləndirilir

Fransa Prezidenti Emmanuel Makron ölkə ərazisində geniş yayılan etiraz aksiyaları səbəbindən təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi barədə qərar qəbul edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa lideri həmkarlar ittifaqlarının çağırışı ilə təşkil olunmayan aksiyaların demək olar ki, hər yerdə qadağan ediləcəyini bildirib.

Makron Yelisey sarayında Təhlükəsizlik Şurasının iclasından əvvəl mətbuata açıqlama verib.

“Qarşıdakı günlərdə və həftələrdə həmkarlar ittifaqları tərəfindən təşkil olunmayan aksiyalar qadağan ediləcək”, – deyə o bildirib.

Fransa Prezidenti qanuni fəaliyyət göstərən təşkilatların təşkil etmədiyi aksiyalarla bağlı “Bunun qarşısını ala bildiyimiz hər yerdə alacağıq” ifadəsini işlədib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az