ABŞ Prezidenti Ayova ştatında iştirak edəcəyi seçki mitinqinə yollanarkən Ağ Evin qarşısında mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin çıxışında jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp İrana bir çox istiqamətdə ciddi zərər vurduqlarını iddia edərək, “Bəlkə də bir qədər də irəli gedə bilərik”, — deyə bildirib.
Noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində seçicilərin İranla müharibədən və yanacağın qiymətlərindən razı qalıb-qalmadıqları barədə suala cavab verən Tramp bəzi insanların vəziyyətdən razı, digərlərinin isə narazı olduğunu söyləyib.
“Bəzi insanlar bunu çox bəyənirlər, digərləri isə bəyənmirlər. Hər şeyin bir bədəli var. Bununla belə, ölkəsini sevən bir çox insan baş verənləri həqiqətən də dəstəkləyib”, — deyə ABŞ Prezidenti vurğulayıb.
İrana bir çox istiqamətdə ciddi zərər vurduqlarını iddia edən Tramp, “Onları ağır məğlubiyyətə uğratdıq və bəlkə də bir qədər də irəli gedə bilərik”, — deyə əlavə edib.