Yəmən üsyançı hərəkatı Ənsar Allah Səudiyyə Ərəbistanındakı Kral Xalid hava limanını hərbi hədəf elan edib.
Manset.az xəbər verir ki, məlumatı hərəkatın hərbi sözçüsü Yəhya Səria Telegram hesabında açıqlayaraq, aviaşirkətlərə hava limanından istifadənin təhlükəlu olduğunu elan edib: "Silahlı qüvvələr (Husi qüvvələri – red.) bütün aviaşirkətləri, işçiləri və sərnişinləri Ər-Riyaddakı Xalid hava limanından istifadə etməmələri barədə xəbərdar edir, çünki bu hava limanı təhlükəlidir və qoşunlarımız üçün hərbi hədəfdir".
O, hava limanının "heç vaxt təhlükəsiz olmayacağını" vurğulayıb, çünki Husilər ona hücum etməyə davam etmək niyyətindədirlər. Səria hava limanının davamlı istifadəsinə görə məsuliyyəti Səudiyyə Ərəbistanına həvalə edib.