logo
logo logo
logo

Fransada etirazlar zamanı saxlanılanların sayı 1300-ü keçdi

18:12 - 25 Oktyabr 2026

Fransada etirazlar zamanı saxlanılanların sayı 1300-ü keçdi

Fransada sentyabrın sonundan başlayan kütləvi etiraz aksiyaları və iğtişaşlar fonunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılanların sayı 1300 nəfəri ötüb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Figaro” xəbər yayıb.

Fransa DİN-dən verilən rəsmi açıqlamada bildirilib ki, ölkə ərazisində ümumilikdə 1314 şəxs saxlanılıb. Nazirlik bu göstəricilərin hələ ki ilkin rəqəmlər olduğunu diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, Fransada etiraz dalğası sentyabrın sonlarında təhsil sahəsindəki problemlərə görə yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və qısa müddətdə bütün ölkəni bürüyüb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı çıxış etməyə başlayıblar.

Oktyabrın 18-də Fransa Prezidenti Emmanuel Makron təcili müraciət edərək hökumətdən etirazların bir daha təkrarlanmaması üçün qəti tədbirlər görməyi tələb edib. Fransız lider iğtişaşlar və talanlarda təqsirli bilinənlərin cəzalandırılacağını, zərər çəkmiş biznes subyektlərinə isə dəstək veriləcəyini vəd edib.

Bununla belə, Makronun siyasi rəqibləri onun bu çıxışını “acınacaqlı” adlandıraraq ölkədəki sosial narazılığa görə birbaşa prezidentin özünü məsuliyyət daşıdığını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az