Oktyabrın 31-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçisinin meyiti aşkarlanıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, T.S. adlı hərbçinin meyitində güllə yarası aşkarlanıb. Hadisə ilə bağlı onun ailəsinə rəsmi qaydada məlumat verilib. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırma aparılır.