Delaver ştatının Nyuark şəhərində, Delaver Universitetinin yaxınlığındakı işlək bir küçədə "Halloween" gecəsi altı nəfər güllələnib.
Manset.az Unikal-a istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, atışma təşvişə səbəb olub.
Yaralıların hamısı yerli xəstəxanalara aparılıb. Universitet təcili xəbərdarlıq elan edərək tələbələri və işçiləri hadisə yerindən uzaq durmağa çağırıb.