logo
logo logo
logo

Tramp-Putin-Cinpin görüşü ola bilər

15:46 - 05 Noyabr 2026

Tramp-Putin-Cinpin görüşü ola bilər

Çin ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Çin Sədri Si Cinpinlə üçtərəfli sammitdə bir araya gəlməsi üçün diplomatik təmasların aparıldığını ilk dəfə təsdiqləyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təhlillərə görə, mümkün görüşdə nüvə silahlarının məhdudlaşdırılması, Ukrayna müharibəsi və böyük dövlətlər arasındakı münasibətlər müzakirə oluna bilər. Beynəlxalq strateji araşdırma mərkəzlərinin qənaətinə əsasən, belə bir görüş Moskvanın diplomatik mövqeyini gücləndirə, Pekinin isə vasitəçilik rolunu artıra bilər.

Dünya siyasətinin üç böyük gücünü eyni masa arxasında bir araya gətirə biləcək diplomatik təşəbbüsdə yeni mərhələyə keçilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin dünən keçirilən mətbuat konfransında Pekinin ABŞ və Rusiya ilə mümkün üçtərəfli liderlər görüşü ilə bağlı təmasları davam etdirdiyini açıqlayıb.

Məlumata görə, Vaşinqton, Moskva və Pekin rəsmiləri təxminən iki həftədir sammitin təşkili ilə bağlı müzakirələr aparırlar. Kremlin sözçüsü Dmitri Peskov da hazırlıq işlərinin davam etdirildiyini təsdiqləyib.

Sammitin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) toplantısı çərçivəsində təşkil olunması nəzərdən keçirilir. Bununla belə, Çin hələlik görüşə ev sahibliyi edəcəyi ilə bağlı qəti qərarını açıqlamayıb.

ABŞ və Rusiyanın Pekini üçtərəfli görüşün keçirilməsinə razı salmağa çalışdığı bildirilir. Məlumata əsasən, Tramp xüsusilə nüvə silahları məsələsini müzakirəyə çıxarmaq niyyətindədir.

Ehtimal olunan görüşdə Ukrayna məsələsinin də əsas müzakirə mövzularından biri olacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az