Azerbaijan flag

Rusiyaya qarşı 10 ölkə birləşir – Üç dənizdə böyük hərbi hazırlıq!

22:38 - 08 Noyabr 2026

Rusiyaya qarşı 10 ölkə birləşir – Üç dənizdə böyük hərbi hazırlıq!

Şimali Avropanın 10 ölkəsi Rusiyanın sualtı qayıqlarının fəaliyyətinə qarşı mübarizəni gücləndirmək məqsədilə yeni dəniz ittifaqı yaratmağa hazırlaşır.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, yeni ittifaqın əsas fəaliyyət istiqamətləri Şimali Atlantika, Arktika və Baltik dənizi olacaq.

Razılaşmanın məqsədi Rusiyanın sualtı qayıqlarının bu bölgələrdə gəmiçilik üçün yarada biləcəyi təhlükələrin qarşısını almaq və dəniz yollarının təhlükəsizliyini təmin etməkdir.

İttifaqa Böyük Britaniya, Niderland, Norveç, Finlandiya, İsveç, İslandiya, Danimarka, Latviya, Litva və Estoniya qoşulacaq.

Razılaşmaya əsasən, iştirakçı ölkələr yalnız kəşfiyyat məlumatlarının mübadiləsi ilə kifayətlənməyəcək, həmçinin hərbi dəniz, hava və quru qüvvələrinin birgə fəaliyyətinə keçəcəklər.

Müvafiq sənədin Böyük Britaniyanın HMS Prince of Wales aviadaşıyıcı gəmisinin göyərtəsində imzalanması planlaşdırılır.

Yeni təşəbbüs mövcud Birgə Ekspedisiya Qüvvələri (JEF) çərçivəsində həyata keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az