Azerbaijan flag

16 nəfərin öldüyü dəhşətli partlayışla bağlı 6 nəfər tutuldu 

23:20 - 09 Noyabr 2026

16 nəfərin öldüyü dəhşətli partlayışla bağlı 6 nəfər tutuldu 

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda yerləşən “Habaş” dəmir-polad zavodunda 16 işçinin ölümü ilə nəticələnən ağır faciədən sonra hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı aparılan ilk araşdırmalar çərçivəsində 6 şübhəli şəxs saxlanılıb.

Menemen Baş Prokurorluğu tərəfindən verilən rəsmi bəyanatda bildirilib ki, dəhşətli partlayış saat 12:00 radələrində müəssisənin polad istehsalı sexində baş verib. Faciənin başvermə səbəblərinin araşdırılması məqsədilə dərhal cinayət işi açılıb və 4 prokurordan ibarət xüsusi istintaq qrupu yaradılıb.

Məhkəmə ekspertləri və mütəxəssislər prokurorların birbaşa nəzarəti altında zavodun istehsal sahəsində kompleks yoxlamalar həyata keçiriblər. Hadisədə səhlənkarlığı və məsuliyyəti olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində saxlanılan 6 şübhəli şəxs barəsində istintaq hərəkətləri intensiv şəkildə davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az