Azerbaijan flag

BƏƏ-yə məxsus gəmiyə hücum edildi

22:54 - 10 Noyabr 2026

BƏƏ-yə məxsus gəmiyə hücum edildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "ADNOC Logistics & Services" şirkətinə məxsus gəmilərdən biri Fars körfəzində ölkənin ərazi sularında hücuma məruz qalaraq zədələnib.


Manset.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.

Bildirilib ki, insident noyabrın 10-da günün ikinci yarısında baş verib. Hazırda aidiyyəti xidmətlər hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Qeyd edək ki, "ADNOC Logistics & Services" Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) strukturuna daxildir və enerji sektorunun dəniz daşımaları, eləcə də logistik xidmətlər üzrə ixtisaslaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az