Azerbaijan flag

Pakistanda silahlı hücum - 10 polis həlak oldu

18:02 - 11 Noyabr 2026

Pakistanda silahlı hücum - 10 polis həlak oldu

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində polis avtomobillərinə qarşı silahlı hücum törədilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 10 polis həlak olub.

Təhlükəsizlik rəsmisi Fейсal Xan (Faisal Khan) mətbuata açıqlamasında Əfqanıstan sərhədi yaxınlığındakı Xeybər-Paxtunxva əyalətinin Kohat rayonunda polis əməkdaşlarını daşıyan nəqliyyat vasitələrinin silahlı şəxslər tərəfindən pusquya salındığını bildirib.

Xan hücumdan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma düşdüyünü, aralarında iki yüksək rütbəli zabitin də olduğu 10 polis əməkdaşının həyatını itirdiyini qeyd edib.

Faysal Xan hücum edənlərə qarşı əməliyyata başlanıldığını, hələlik heç bir qruplaşmanın hücumun məsuliyyətini öz üzərinə götürmədiyini diqqətə çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az