ABŞ-nin Nyu-York şəhərinin Bruklin ərazisində bina çöküb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bina çökməsi nəticəsində dağıntılar altında qalan iki nəfər həyatını itirib, 17 nəfər isə xəsarət alıb.
Nyu-York Yanğınsöndürmə İdarəsinin (FDNY) rəsmilərinin məlumatına görə, hadisə dünən yerli vaxtla saat 16:01-də Bruklinin mərkəzində, Nyukirk və Flatbuş prospektləri arasındakı ərazidə baş verib.
FDNY-nin komissarı Lillian Bonsignore hadisə yerində xilasetmə əməliyyatının uzun müddət davam edəcəyini bildirib.
O, açıqlamasında qeyd edib:
“Bina çökmələri zamanı aparılan xilasetmə işləri son dərəcə təhlükəlidir. Atılan hər bir addım əvvəlcədən planlaşdırılır. Bu, həm zərərçəkənlərin vəziyyəti, həm də əməkdaşlarımızın təhlükəsizliyi baxımından olduqca vacibdir. Əməkdaşlarımız bu gün günortadan sonra hadisə yerinə gəldikləri andan etibarən fasiləsiz və sistemli şəkildə çalışırlar”.