Türkiyəli müğənni və aktyor Yavuz Bingöl xəstəxanaya yerləşdirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, öd kisəsində daş aşkarlanan sənətçi İstanbulda yerləşən Başkent Universitetinin Altunizade Xəstəxanasına aparılıb.
Xəstəxanada aparılan müayinələrdən sonra həkimlər Bingölün öd kisəsinin cərrahi yolla çıxarılmasını məqsədəuyğun hesab ediblər. Sənətçinin əməliyyatının gecə saatlarında həyata keçirilməsinin planlaşdırıldığı bildirilir.