logo
logo logo
logo

2027-ci il “Qremmi” mükafatlarının namizədləri açıqlandı - Qadınlar öndə...

11:08 - 17 Noyabr 2026

2027-ci il “Qremmi” mükafatlarının namizədləri açıqlandı - Qadınlar öndə...

2027-ci il “Qremmi” musiqi mükafatlarına namizədlərin adları açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bazar ertəsi elan edilən namizədlər arasında Olivia Dean, Bruno Mars, Ella Langley, Madonna, Olivia Rodrigo, Raye, Rosalia və Taylor Swift kimi tanınmış musiqiçilər yer alıb.

Raye “İlin mahnısı” və “İlin albomu” da daxil olmaqla, ümumilikdə 11 nominasiya qazanaraq namizədlər siyahısına başçılıq edir.

ABC News telekanalının müxbiri Kris Konelli bazar ertəsi “Good Morning America” verilişində namizədləri dəyərləndirərkən Raye ilə yanaşı, Dean, Rodrigo və Langley kimi qadın ifaçıların builki namizədlər arasında üstünlük təşkil etdiyinə diqqət çəkib. O, fikrini belə ifadə edib: “Bu il sükan arxasında, həqiqətən də, qadınlar dayanır və bu, tamamilə yerinə düşür”.

69-cu “Qremmi” mükafatlarının təqdimetmə mərasimi 2027-ci il fevralın 7-də, bazar günü Los-Anceles şəhərindəki Crypto.com Arenada keçiriləcək.

Mərasim ABC telekanalı vasitəsilə canlı yayımlanacaq. İzləyicilər tədbiri, həmçinin Disney+ və Hulu platformaları üzərindən izləyə biləcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az