logo
logo logo
logo

"Açıq sərhədlər dövlətləri məhv edir" - Tramp

19:32 - 22 Noyabr 2026

\"Açıq sərhədlər dövlətləri məhv edir\" - Tramp

ABŞ Prezidenti Donald Tramp sərt miqrasiya siyasətinin tərəfdarı olduğunu bir daha bəyan edib.


Manset.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

    “Açıq sərhədlər dövlətləri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ də belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi”, – deyə Amerika lideri bildirib.

    Tramp bundan əvvəl də bir sıra ölkələri, o cümlədən ABŞ-nin Avropadakı müttəfiqlərini yumşaq miqrasiya siyasətinə görə tənqid edib.

    Qeyd edək ki, ABŞ Prezidenti vəzifəsinin icrasına başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. O, həmçinin ölkə tarixində ən genişmiqyaslı qanunsuz miqrant deportasiyasını həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

    Trampın siyasi rəqibləri isə onun administrasiyasını miqrasiya ilə mübarizədə həddindən artıq sərt tədbirlər görməkdə və səlahiyyətlərini aşmaqda ittiham edirlər.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az