logo
logo logo
logo

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu

20:49 - 22 Noyabr 2026

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub.

    Hadisə iş adamı azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.

    Silahlı hücumun maliyyə mübahisəsi zəminində baş verdiyi ehtimal edilir.

    Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Həmin şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirak etməkdə ittiham olunur.

    Hadisə ilə əlaqəsi olduğu bildirilən ikinci şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az