logo
logo logo
logo

"CEO vəzifəsinə qayıtmağım Trampın təzyiqi ilə bağlı deyil" - Jensen Huang

11:26 - 25 Noyabr 2026

\"CEO vəzifəsinə qayıtmağım Trampın təzyiqi ilə bağlı deyil\" - Jensen Huang

ABŞ-ın çip istehsalçısı “Nvidia” şirkətinin rəhbəri Jensen Huang yenidən baş direktor vəzifəsinə təyin olunmasının ABŞ Prezidenti Donald Trampın təzyiqi nəticəsində baş vermədiyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, “New York Times” qəzetinin məlumatına görə, Huang çıxışı zamanı vəzifəsinə qayıtmasının səbəbinin “Nvidia”nın Direktorlar Şurasının yaranmış vəziyyəti hərtərəfli araşdırması və bütün faktları üzə çıxarması olduğunu deyib.

Şirkətin baş direktoru vəzifəsinə qayıtdıqdan sonra əməkdaşlarından üzr istəyən Huang daxili davranış qaydalarını pozduğunu etiraf edib.

O bildirib: “Çox ciddi səhvlərə yol vermişəm. Həyat yoldaşım Loriyə xəyanət etmişəm. Övladlarımı və əlbəttə, hamınızı incitmişəm”.

Hazırda psixoloji yardım aldığını bildirən Huang törətdiyi əməllərə görə Direktorlar Şurasının onun şirkətdəki gələcəyini nəzərdən keçirməli olduğunu qeyd edib. O, bu səbəbdən noyabrın 12-də vəzifəsindən istefa verdiyini açıqlayıb.

Donald Trampın özünün yenidən baş direktor vəzifəsinə qaytarılması üçün “Nvidia”nın Direktorlar Şurasına təzyiq göstərməsi ilə bağlı iddiaları rədd edən Huang bu qərarın şuranın apardığı araşdırma və faktların üzə çıxarılması nəticəsində verildiyini vurğulayıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl verdiyi açıqlamada Huangın yenidən baş direktor vəzifəsinə qaytarılması üçün “Nvidia”nın Direktorlar Şurasını buna razı saldığını bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az