logo
logo logo
logo

Əfqanıstanda məktəbdə güclü partlayış - 7 ölü, 99 yaralı var 

14:29 - 28 Noyabr 2026

Əfqanıstanda məktəbdə güclü partlayış - 7 ölü, 99 yaralı var 

Əfqanıstanın Kunar vilayətində orta məktəbdə baş verən güclü partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər isə yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət X sosial şəbəkəsində bildirib.

"Dərin hüznlə bildiririk ki, bu gün səhər saatlarında Kunar vilayətinin mərkəzində, Andirsir bölgəsində məktəbin yaxınlığında partlayış baş verib, ilkin məlumatlara görə, nəticədə məktəbin 7 şagirdi ölüb və 99-dan çox insan yaralanıb", - o yazıb.

Həmdullah Fitrət əlavə edib ki, ilkin təhqiqata əsasən, partlayış qeyd olunan məktəbin yaxınlığında yerləşən, filiz hasilatı ilə məşğul olan şirkətlərə məxsus partlayıcı maddələr anbarında səhlənkarlıq və diqqətsizlik səbəbindən baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az