logo
logo logo
logo

Pakistanda bina çökdü - Ölənlərv var 

15:53 - 28 Noyabr 2026

Pakistanda bina çökdü - Ölənlərv var 

Pakistanın Kəraçi şəhərində inşası davam edən altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.


Manset.az Geo News-a istinadən xəbər verir ki, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.


Məlumata görə, binanın çökməsi nəticəsində 14 nəfər xəsarət alıb. Xilasedicilər daha 9 nəfərin dağıntılar altında qala biləcəyini bildiriblər. Axtarış-xilasetmə işləri müasir avadanlıqların köməyi ilə davam etdirilir.

Xilasedicilər dağıntılar altında qalan meyitlərə zərər dəyməməsi və binanın qalıq konstruksiyasının daha da çökməməsi üçün ağır texnikadan istifadəyə məhdudiyyət qoyaraq əsasən əl üsulu ilə axtarış aparırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az