Gürcüstanda azərbaycanlı ağır avtomobil qəzası nəticəsində ölüb.
Manset.az xəbər verir ki, hadisə Bolnisi rayonunun Faxralı (Talaveri) kəndində qeydə alınıb.
Belə ki, Şamil Bayramov “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.