Nərimanovda kafedə kütləvi dava - 4 nəfər güllələndi

23:10 - 06 Fevral 2022

Nərimanovda kafedə kütləvi dava - 4 nəfər güllələndi

Rusiyanın Həştərxan vilayətində kafedə münaqişə zamanı 4 nəfər güllə yarası alıb.

Manset.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Daxili İşlər Nazirliyinin region üzrə nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bazar günü Nərimanov rayonundakı xəstəxanadan polisə 4 nəfərin güllə yarası ilə gətirilməsi barədə məlumat verilib. Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib.

Polis kafedə spirtli içki qəbul etmiş 7 yerli sakin arasında münaqişənin olduğunu müəyyənləşdirib.

“Dörd iştirakçı həyati təhlükəsi olmayan güllə yarası alıb”, – Daxili İşlər Nazirliyinin sözçüsü bildirib. Zərərçəkənlərə tibbi yardım göstərilib.

Cinayət-axtarış şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O özü də insident zamanı xəsarət alıb. Dava iştirakçılarından iki tapança götürülüb.

Polis hadisənin başvermə şəraitini müəyyən edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az