"Qondarma “DXR” və LXR”lə danışıqlar aparılmayacaq” - Zelenski

20:53 - 17 Fevral 2022

\"Qondarma “DXR” və LXR”lə danışıqlar aparılmayacaq” - Zelenski

Kiyev Donetsk və Luqansk ilə birbaşa danışıqlara getməyəcək, çünki onlar heç nəyə qərar vermirlər”.

Manşet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “RBC-Ukrayna”ya müsahibəsində deyib. 

“Bu mənasızdır. Onlar sadəcə heç nə həll etmirlər. Buna niyə vaxt sərf edirsiniz? Onlar güllə atıb uşaq bağçasına, məktəbə girə bilərlər... Bax buna onlar qərar verirlər”, - Zelenski deyib.

Qeyd edək ki, separatçı Donetsk və Luqansk Xalq Respublikaları (DXR və LXR) fevralın 17-də səhər təmas xəttində vəziyyətin kəskin şəkildə gərginləşdiyini bildiriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az