Ermənistanda prezident seçkiləri martın 3-ü keçirilə bilər

10:34 - 18 Fevral 2022

Ermənistanda prezident seçkiləri martın 3-ü keçirilə bilər

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyası prezident seçkilərini martın 3-ü təşkil edə bilər.

 

Manset.az  xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.

Nəşr yazır ki, martın 1-i ölkə parlamentinin növbəti sessiyası başlayır və o həftə ərzində ölkəyə yeni prezidentin seçilməsi də planlaşdırılır. Bunun məhz martın 3-ü baş tutması istisna edilmir.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-ü istefa verib. O, istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. Ölkə prezidentini 7 il müddətinə millət vəkilləri seçirlər. Hazırda A. Sarkisyanın səlahiyyətlərini Alen Simonyan icra edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az