Axşam saatlarında Ukraynanın dövlət orqanlarının internet saytlarına kütləvi DDoS hücumu başlayıb.
Manşet.az xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib.
Bundan əvvəl Ukraynada bir sıra dövlət saytlarının, o cümlədən Ali Radanın, hökumətin rəsmi saytının, Xarici İşlər Nazirliyinin, Ukrayna Təhlükəsizlik Xidmətinin saytlarının açılmadığı bildirilirdi.