Ölən və yaralanan ukraynalıların sayı AÇIQLANDI

00:43 - 25 Fevral 2022

Ölən və yaralanan ukraynalıların sayı AÇIQLANDI

Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub, daha 169 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti nazir Viktor Lyaşkoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tibb sistemi stabil işləyir. “Bu gün biz təklif etdik ki, ambulator şəraitdə müalicə oluna bilənlər tibb müəssisələrini tərk etsinlər. Biz bunu hərbi vəziyyətin tətbiqi ilə birlikdə bütün ərazidə etdik”, - Lyaşko bildirib.

Onun sözlərinə görə, tibb işçiləri fasiləsiz işləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az