Qarın ağrısı həzm sistemində yaranan problemlər nəticəsində ortaya çıxan sağlamlıq narahatlığıdır. Qarında ağrı yarandıqda bir çox insan ağrıkəsicilərə və mədə dərmanlarına müraciət edir.
Manset.az xəbər verir ki, bəzi təbii üsullarla qarın ağrısını yüngülləşdirmək mümkündür.
Qarın ağrısı başladıqda keçməyəcək kimi görünə bilər. Əgər siz də belə hallarda dərmanlardan istifadə edənlərdənsinizsə, bilin ki, daha sadə yollar da var.
Qarın ağrısını azaltmağa kömək edən təbii üsullar bunlardır:
Şüyüd toxumu çayı:
Bir çay qaşığı şüyüd toxumunu bir stəkan isti suda 8–10 dəqiqə dəmləyin. Şüyüd qaz yığılmasını azaltmağa və bağırsaq əzələlərini rahatlatmağa kömək edir. Xüsusilə köp və şişkinlikdən yaranan ağrılarda faydalıdır. İlıq halda içilməsi məsləhətdir.
Qatıq:
Təbii və şəkərsiz qatıq bağırsaq florasını dəstəkləyən faydalı bakteriyalarla zəngindir. Bir kasa qatığı yavaş-yavaş yemək qaz və həzmsizlikdən qaynaqlanan ağrıları yüngülləşdirə bilər. Otaq temperaturuna yaxın halda qəbul etmək daha məqsədəuyğundur.
Zəncəfil çayı:
Təzə zəncəfili nazik dilimləyib isti suda dəmləyərək içmək olar. Ürəkbulanmanı və spazm hissini azaltmağa kömək edə bilər. Həddindən artıq istifadə edilməməlidir.
Çobanyastığı çayı:
Bir çay qaşığı qurudulmuş çobanyastığını bir stəkan isti suda 8–10 dəqiqə dəmləyin. Həzm sistemi əzələlərinin boşalmasına kömək edir və spazmları azalda bilər. Xüsusilə stressdən yaranan qarın ağrılarında rahatladıcı təsir göstərir.