İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı - FOTO

20:59 - 17 Fevral 2026

İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı - FOTO

Əslən Cəlilabad rayonundan olan itkin şəhidin nəşinin qalıqları tapılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Cəlilabad sakini, şəhid Quliyev Mahir Abuzər oğlunun nəşinin qalıqları müəyyən edilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq prosedurlar həyata keçirilir. Şəhidin nəşinin qalıqlarının dəfn mərasiminin doğma rayonunda — 19 fevral tarixində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 1958-ci ildə Cəlilabadda anadan olan Mahir Quliyev könüllü olaraq döyüşlərə qatılıb. İki qızı və bir oğlu olan şəhid 1992-ci ilin 15 iyununda Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az