Leyla Əliyeva Edi Rama ilə bir arada - FOTOLAR

20:17 - 17 Fevral 2026

Leyla Əliyeva Edi Rama ilə bir arada - FOTOLAR

Leyla Əliyeva Albaniyada səfərdədir.


Manset.az xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb.

Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.

Tərəflər mədəni əlaqələrin möhkəmləndirilməsini müzakirə edərək, incəsənətin birgə yaradıcılıq üçün universal vasitə kimi rolunu qeyd ediblər.

Söhbət zamanı Leyla Əliyeva və Edi Rama ekoloji məsələlərə xüsusi diqqət ayıraraq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az