ABŞ-nin "MQ-4C Triton" uzaqmənzilli radioelektron kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) İran sahillərindən cənub-şərqdə çoxsaatlıq uçuş həyata keçirib.
Manset.az xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya resursunun məlumatında deyilir.
Bildirilir ki, PUA Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dafra aviabazasından havaya qalxıb. O, bir neçə saat ərzində İran yaxınlığındakı Oman körfəzinin beynəlxalq suları üzərində dövrə vurub.
Uçuş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında keçirdiyi və ehtimal olunan hərbi əməliyyat ssenarilərinin məşq edildiyi təlimlər fonunda baş tutub.