Kadırovun ən yaxın generalı Ukraynada öldürüldü - FOTO

09:57 - 28 Fevral 2022

Kadırovun ən yaxın generalı Ukraynada öldürüldü - FOTO

Ukraynanın işğalında Rusiyaya dəstək verən Çeçenistan lideri Kadırovun sağ əli general Maqomed Tuşayev öldürülüb. 

Manset.az xəbər verir ki, Çeçenistan qüvvələrinin ən önəmli hərbi fiqurlarından olan Tuşayevin ölümü beynəlxalq mediada da gündəm olub.Ukrayna ordusu Kiyev uğrunda müqaviməti davam etdirərkən Çeçenistan lideri Ramzan Kadırovun yüksək rütbəli heyəti arasında olan general Maqomed Tuşayevin həyatını itirdiyi açıqlanıb. 

Xarici mediada yer alan xəbərlərdə Tusayevin 141-ci motoatıcı milli təhlükəsizlik bölməsinə rəhbərlik edib.

Kadırovun hücumdan əvvəl bu batalyonla görüşdüyü iddia edilir. 

Qeyd edək ki, əvvəllər Tuşayevlə birgə fotoları dərc olunan Kadırov bir müddət əvvəl Kiyevin ələ keçirilməli olduğunu demişdi.

Gülçin Nağıyeva


 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az