Yaponiyanın Rakuten şirkətinin Baş direktoru, milyarder Mikitani Hiroşi Ukraynaya yardım edəcəyini açıqlayıb.
Manset.az xəbər verir ki, yapon milyarder Rusiyanın hərbi müdaxiləsindən zərər çəkənlərə təcili yardım çərçivəsində Ukrayna hökumətinə 1 milyard yen (8,7 milyon dollar) bağışlayacağını bildirib.
Həmçinin M.Hiroşi Twitter-də Ukrayna prezidenti Vladimir Zelenskiyə yazdığı məktubda Rusiyanın hərbi hücumundan “olduqca sarsıldığını” vurğulayıb.
“Mənim fikirlərim sizinlə və Ukrayna xalqı ilədir”, - deyən yapon baş direktor, “Ukrayna xalqı adından cəsarətli müqavimətinizi görəndə, Ukrayna üçün nəsə edə biləcəyimi düşündüm. Ümid edirəm ki, Rusiya və Ukrayna bu problemi sülh yolu ilə həll edəcək və Ukrayna xalqı ən qısa zamanda sülh tapacaq” - deyə qeyd edib.
Gülçin Nağıyeva