Rusiya prezidenti Vladimir Putinə Avstraliyaya giriş qadağan edilib.
Manset.az-ın məlumatına görə, Avstraliyanın baş naziri Skott Morrison Rusiya prezidenti V.Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini bildirib.
O, həmçinin Ukraynaya hücum edən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı yazılı açıqlama verib.
Rusiyanın beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasını kobud şəkildə pozduğunu ifadə edən Morrison, "Putin Ukraynaya qarşı apardığı dəhşətli və ədalətsiz müharibəyə görə məsuliyyət daşıyır. Avstraliyanın Rusiyanın dövlət başçısı Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsevə qarşı tətbiq edəcəyi maliyyə sanksiyaları və səyahət qadağaları, gecə yarısından etibarən qüvvəyə minib”- deyə qeyd edib.
Gülçin Nağıyeva