Rusiyanın aparıcı sui-qəsd nəzəriyyəçilərindən biri, politoloq Valeri Solovey Rusiya prezidenti Vladimir Putin və ailəsinin nüvə müharibəsi ehtimalına qarşı Sibirdə bunkerdə qaldığını açıqlayıb.
Manset.az xəbər verir ki, 61 yaşlı politoloq V.Solovey daha əvvəl Rusiya prezidenti Vladimir Putinin xəstə olduğunu iddia etdiyi üçün saxlanılıb. Həmin hadisədən sonra o, Moskvanın “sui-qəsd nəzəriyyəçisi” kimi məşhurlaşıb.
Solovey əlavə edib ki, lüks və yüksək texnologiyalı bunkerin Altay dağlarında yerləşir.Onun sözlərinə görə, bunker nüvə müharibəsi ehtimalına qarşı hazırlanıb.