Həlak olan dinc sakinlərin sayı AÇIQLANDI

17:21 - 02 Mart 2022

Həlak olan dinc sakinlərin sayı AÇIQLANDI

Ukraynada Rusiya təcavüzü nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) feysbukda məlumat paylaşıb.

Məlumata bildirilib, xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olublar.

Qeyd edilib ki, tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər isə yaralanıb. Bundan əlavə, FVDX-nin məlumatına görə, müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az