“Bu son deyil və biz yalnız müdafiə olunmayacağıq” - Ukrayna ilk dəfə əks-hücuma keçdi

18:00 - 02 Mart 2022

“Bu son deyil və biz yalnız müdafiə olunmayacağıq” - Ukrayna ilk dəfə əks-hücuma keçdi

Ukrayna Silahlı Qüvvələri ilk dəfə əks-hücuma keçib. 

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Donbassa hücuma keçərək, Donetsk vilayətinin işğal olunmuş Qorlovka şəhərinə qədər irəliləyiblər. 

"Birləşmiş qüvvələrin əməliyyat zonasından yaxşı xəbərlər var. Bizim bölmələrimizin böyük hissəsi öz mövqelərindədir və briqadalarımızdan biri Qorlovka şəhərinin yaxınlığına qədər irəliləyib. Hazırda orda möhkəmlənirlər və mümkündür ki, hücumu inkişaf etdirsinlər. Bu çox yaxşı xəbərdir. Çünki 7 gün ərzində bölmələrimiz ilk dəfə olaraq hücuma keçib. Düşünürəm ki, bu sonuncu hücum və sonuncu əks-hücum olamayacaq. Tezliklə biz torpaqlarımızı azad edəcəyik və yalnız müdafiə olunmayacağıq”, - deyə Arestoviç bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az