Rusiya vətəndaşları Azərbaycan üzərindən ölkələrinə qayıda biləcəklər

19:00 - 02 Mart 2022

Rusiya vətəndaşları Azərbaycan üzərindən ölkələrinə qayıda biləcəklər

Rusiya Xarici İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Federal Hava Nəqliyyatı Agentliyi və Federal Turizm Agentliyi Rusiya üçün hava məkanını bağlamış ölkələrlə xüsusi humanitar uçuşları razılaşdırır.

Manşet.az xəbər verir ki, bu barədə Rusiya Federal Turizm Agentliyi və Federal Hava Nəqliyyatı Agentliyinin birgə bəyanatında deyilir.

"Hazırda bizim üçün hava məkanını bağlayan ölkələrlə xüsusi humanitar uçuşların razılaşdırılması prosesi gedir. Bolqarıstan, Macarıstan, Fransa, Kipr, İsveçrə, Almaniya, Niderland istiqamətləri üzə iş aparılır”, - məlumatda qeyd edilir. 

Bildirilir ki, müstəqil turistlər Serbiya, Türkiyə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qətər, BƏƏ vasitəsilə birbaşa və ya tranzit reyslərlə Latın Amerikası ölkələrindən Rusiyaya qayıda bilərlər:

“Təyyarə ilə siz Serbiya, Türkiyə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlər vasitəsilə birbaşa və ya tranzit reyslərlə Rusiyaya qayıda bilərsiniz. Bundan başqa, Avropada dəmir yolu və avtobus nəqliyyatından istifadə edən marşrutlar da mümkündür”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az