Ukrayna “Bayraqdar”ları necə alır? – Türkiyədən cavab

10:00 - 04 Mart 2022

Ukrayna “Bayraqdar”ları necə alır? – Türkiyədən cavab

Türkiyə Ukraynaya “Bayraqdar” PUA-larını yardım olaraq vermir. Bu PUA-ları Ukrayna şəxsi şirkətdən pulunu ödəyərək alır.

 

Manset.az xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbərinin müavini Yavuz Səlim Qıran deyib.

“Bayraqdar” – özəl müəssisənin məhsuludur. Ukrayna bu məhsulu almaq istədi və onlar arasında müqavilə imzalandı. Məhsul da göndərildi. Bütün dünyada belədir. Bu gün Rusiyada da, ABŞ-da da hərbi məhsulu özəl şirkətlər istehsal edir. Bu şirkətlər istədiyi sazişi bağlayıb, məhsulunu sata bilirlər. Türkiyə bu PUA-ları yardım olaraq verməyib. Əlbəttə, o ayrı məsələdir ki, biz bu PUA-larla fəxr edirik”, - o bildirib.

Qeyd edək ki, Ukrayna 2018-2020-ci illərdə Türkiyədən 74 milyon dollar ödəyərək “Bayraqdar TM2” PUA-ları alıb.

Rusiya ilə döyüşdə “Bayraqdar”ların performansı qarşı tərəfin ciddi narahatlığına səbəb olub. Türkiyə şirkəti isə bu məhsulu Rusiyaya da satmağa hazır olduğunu bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az