Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi yaxınlığında yanğın baş verməsi barədə məlumat yayılıb.
Sosial şəbəkələrdə və bir sıra xəbər portallarında yanğının ticarət mərkəzi ərazisində obyektlərdən birində baş verdiyi deyilsə də, məlumatın doğru olmadığı ortaya çıxıb.
Ticarət Mərkəzinin sözcüsü Kəmaləddin Qədim Manset.az-a açıqlamasında bildirib ki, yanan ərazi "Sədərək" ticarət mərkəzinin girişi olan keçid məntəqəsindan kənarda yerləşir.: "Yanan obyekt başqa bir şirkətə məxsusdur"
Manşet.az