Ukraynada Rusiyaya qarşı 75 min təlim keçmiş əfqan döyüşə bilər - TƏKLİF

10:33 - 04 Mart 2022

Ukraynada Rusiyaya qarşı 75 min təlim keçmiş əfqan döyüşə bilər - TƏKLİF

ABŞ-ın keçmiş Əfqanıstan hökumətinə kömək üçün hazırladığı əfqan əsgərləri Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilə bilər.

Manset.az xəbər verir ki, bir çox ABŞ eksperti Ukraynada keçmiş əfqan əsgərlərinin Rusiyaya qarşı döyüşməli olduğu fikrindədir.

2001-ci ildə Əfqanıstanın işğalından sonra Kabildə ABŞ-ın rəhbərliyi ilə hökumət qurulub. Sözügedən hökumətin hərbi qüvvələri ABŞ tərəfindən ciddi şəkildə dəstəklənib və bu əsgərlərə xüsusi təlimlər keçilib. Lakin 2021-ci ilin avqustunda Taliban paytaxt Kabilə daxil olub və sözügedən hökuməti bitirib. Bundan sonra ABŞ tərəfindən təlim keçmiş çoxlu əfqan əsgəri ölkəni tərk edib.
Ukraynada Rusiya işğalının başlaması ilə xüsusilə ABŞ mütəxəssisləri sözügedən əfqanları yenidən gündəmə gətirib.

Amerikalı diplomat və səfir Filip Kosnet CEPA (Hərtərəfli və Genişləndirilmiş Partnyorluq Razılaşması)-ya NATO və ABŞ-ın Ukraynada Rusiyaya qarşı əfqanlardan istifadə etmək təklifini irəli sürüb.
ABŞ-a 75 min əfqanın gəldiyini bildirən Kosnett Amerika ordusunda bu insanlar arasında bir birlik yaradılmasını təklif edib və bəyan edib ki, bu birlik Ukrayna kimi münaqişə zonalarında işləyə bilər.
Son dövrdə ABŞ ordusunun müxtəlif münaqişə bölgələrində əfqanlardan istifadə etməsi ilə bağlı fikirlər artıb.

Gülçin Nağıyeva
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az