Türkiyənin Tokat şəhərində hərbi avtomobil aşıb.
Manset.az "Haber Global"a istinadla xəbər verir ki, hadisə Tokat-Niksar avtomobil yolunun Almus qovşağında baş verib.
Nəticədə 1 əsgər ölüb, 3-ü yaralanıb. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.
Yaralılar Tokatdakı dövlət xəstəxanasına yerləşdirilib.