Yaponiyada keçmiş Özünümüdafiə Qüvvələrinin üzvlərindən ibarət 70 nəfər Ukrayna səfirliyinin Rusiya qüvvələrinə qarşı döyüş çağırışına cavab verib.
Manset.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin həftəsonu xaricilərə Rusiyaya qarşı “beynəlxalq legion”un bir hissəsi olmaq çağırışının təsiri davam edir.
NHK Ukraynanın Tokiodakı səfirliyi 20-60 yaşlı 70 Yaponiya vətəndaşının, əsasən də keçmiş Özünümüdafiə Qüvvələrinin üzvlərinin Zelenskinin çağırışına cavab verdiyini bildirib.
“Beynəlxalq legion”a qoşulmaq istəyənlərin göstərdiyi səbəblər arasında “Rusiya qüvvələrinin Ukraynaya hücumlarını bağışlamamaq” və “Yaponlar olaraq müharibəni dayandırmaq istəyi” deyə qeyd edilib.
Gülçin Nağıyeva