Amerikalı senatordan Putinə qarşı "Brut"lu SUİ-QƏSD PLANI

13:31 - 04 Mart 2022

Amerikalı senatordan Putinə qarşı \"Brut\"lu SUİ-QƏSD PLANI

Amerikalı senator Lindsey Qrahamın son açıqlaması sosial mediada səs-küyə səbəb olub.

 

Manset.az Sfera.az-a istinadən bildirir ki, amerikalı siyasətçi Rusiya prezidenti Vladimir Putinə sui-qəsd edilməsi ilə bağlı çağırış edib. O, bu barədə düşüncələrini "Twitter” hesabında bölüşüb.

"Rusiyada yaşayan kimsə bu adamı ortadan qaldırmalıdır. Ölkənizə və dünyaya böyük xidmət etmiş olarsınız”, deyən senator, Roma imperatoru Yuli Sezara xəyanət edən Brut və Adolf Hitlerə sui-qəsdə cəhd edən polkovnik Klaus fon Stauffenberqi nümunə göstərib. Lindsey fikirlərinə bu cür davam edib:

"Rusiyada bir Brut yoxdurmu? Rus ordusunda uğurlu "polkovnik Ştauffenberq" yoxdurmu? Bunun sona çatmasının yeganə yolu bu adamın aradan götürülməsidir. Bunu isə sadəcə rus xalqı edə bilər. Demək asandır, etmək çətin. Amma ömrünüzün sonuna qədər qaranlıqda, bütün dünyadan yoxsulluq içində təcrid olunmuş vəziyyətdə yaşamaq istəmirsinizsə, o zaman hərəkətə keçməlisiniz”.

Daha sonra "FOX News” televiziyasının canlı yayımına qatılan Qraham burada da sui-qəsd çağırışını təkrarlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az