"Formula 1" Rusiya telekanalı ilə müqaviləni pozdu

22:54 - 10 Mart 2022

\"Formula 1\" Rusiya telekanalı ilə müqaviləni pozdu

"Formula 1" Rusiyanın "Match TV" telekanalı ilə müqaviləni pozub.

Manşet.az-ın məlumatına görə, bu barədə telekanalın baş prodüseri Aleksandr Taşin açıqlama verib.

Onun sözlərinə görə, dünya çempionatının 2022-ci il mövsümü Rusiyada yayımlanmayacaq.

Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, "Formula 1" 2020-ci ildə "Match TV" ilə 3 illik müqavilə imzalayıb. (Report)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az