Makron Putinlə yenidən danışacaq

23:07 - 10 Mart 2022

Makron Putinlə yenidən danışacaq

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə yenidən telefon danışığı aparacağını bəyan edib.

Manşet.az xəbər verir ki, bu barədə Fransa lideri Avropa İttifaqının (Aİ) Versalda fövqəladə sammitinin açılışında deyib.

"Bu səhər Putinlə danışdıq. Yaxın 48 saat ərzində onunla yenidən söhbət etməyi planlaşdırırıq”, - Makron bildirib.

O, həmçinin Ukraynada atəşkəsə nail olmaq və münaqişədən çıxış yollarını tapmaq niyyətində olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az