Kadırov: "Bayraqdar" çeçenləri dayandıra bilməz

00:37 - 11 Mart 2022

Kadırov: \"Bayraqdar\" çeçenləri dayandıra bilməz

Bu gün çeçen xüsusi təyinatlılarının qorxmaz komandanı Ukraynada növbəti yaşayış məntəqəsinin “azad edilməsi” barədə mənə məlumat verdi.

 

Manset.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

“Bir nəfər də olsun yerli sakin çeçen döyüşçülərinə zərrə qədər belə qəzəb bildirməyib. Əksinə, əhali hər zaman döyüşçülərimizi böyük qonaqpərvərlik və mehribanlıqla qarşılayır", - Kadırov yazıb.

O əlavə edib ki, nə atıcı silahlar, nə minaatanlar, nə də “Bayraqdar”lardan açılan ağır atəşlər çeçen xüsusi təyinatlılarının irəliləyişini ləngidə bilməz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az