Konqoda dəhşətli qəza - 60 nəfər ölüb

19:43 - 12 Mart 2022

Konqoda dəhşətli qəza - 60 nəfər ölüb

Konqo Demokratik Respublikasının Lualaba əyalətində qatar qəzası nəticəsində azı 60 nəfər həlak olub.

Manşet.az Trend-ə istinadən xəbər verir ki, qəza 10 vaqondan ibarət qatarın yüksəkliyə çıxması zamanı baş verib.

Maşinistin idarəetməni itirməsi nəticəsində vaqonlar relslərdən çıxaraq dərəyə yuvarlanıb.

Qeyd olunur ki, qəzaya uğrayan yük qatarı olub və sərnişin daşıması qadağan edilib.

Hazırda hadisə yerində axtarışlar davam edir. Ölü sayının artacağı istisna olunmur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az