Rusiyanın müharibədəki hərbi itkiləri açıqlandı

22:23 - 12 Mart 2022

Rusiyanın müharibədəki hərbi itkiləri açıqlandı

Ukrayna ordusu tərəfindən sıradan çıxarılan Rusiya hərbi texnikasının qiyməti açıqlanıb.

Manset.az xəbər verir ki, bu barədə “Forbes Ukraine” nəşri yazıb.

Hesablamalara görə, Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 milyard dollarlıq (ABŞ dolları-red) hərbi texnikasını sıradan çıxarıb.

“Ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i zirehli döyüş maşınlarının payına düşür. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, təyyarələr və helikopterlər isə 2,4 milyard dollara başa gəlib”, - məlumatda deyilir.

Rusiya ən böyük itkini fevralın 25-də, ən az itkini isə martın 2-də verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az