"Mariupol tam blokada altındadır. Onu gecə-gündüz atəşə tuturlar”.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa xalqlarına videomüraciət zamanı bildirib.
“Rusiya qoşunları Mariupola aviabombalar atırlar, raketlərlə vurulurlar. Hətta Mariupolda doğum evini və uşaq xəstəxanasını da bombalayırdılar. Bu, bütün canlılara nifrətdir. Uşaqları öldürürlər, həm də doğum evlərini, uşaq xəstəxanalarını dağıdırlar”, - deyə Zelenski qeyd edib.